Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami adına 2 saylı şəhər tam orta məktəbində əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

09 sentyabr 2019 | 11:00

Nizami adına 2 saylı şəhər tam orta məktəbində
əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

12 sentyabr 2019-cu il tarixdə  Ağdaş şəhər  Nizami  adına 2 saylı tam orta məktəbində əsaslı təmirdən sonra  açılış mərasimi keçirildi.
Açılş mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tam orta məktəbin binasının 1974-cü ildə tikildiyini qeyd edərək, bu günədək burada heç bir əsaslı təmir işləri aparılmadığını diqqətə çatdırmışdır.
Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında 2018-ci  ilin  iyun ayından podratçı təşkilat “T.T.Ş – İnşaat” tərəfindən əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Hazırda məktəbdə 772 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 100 nəfər müəllim məşğul olur. Məktəbdə 24 sinif, 2 laboratoriya, akt zalı, idman zalı, tibb otağı, hərbi otaq, kitabxana və yeməkxana var. Fənn kabinetləri, laboratoriyalar, idman zalı, informatika və texnologiya otaqları son nailiyyətlər əsasında texnoloji avadanlıq və inventarlarla təchiz edilmişdir.
Qeyd olunmuşdur ki, rayon məzunlarının 642 nəfəri elektron ərizə ilə ali məktəblərə qəbul edilmək üçün müraciət etmiş, onlardan 310 nəfəri tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul imtahanlarında məzunların 32 nəfəri 500 baldan, 20 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Son illər ərzində rayonda 22 yeni məktəb binası tikilmiş, 7 məktəb əsaslı təmir olunmuşdur. 10 kənddə modul tipli məktəb binaları quraşdırılmışdır. 
2019/2020-ci dərs ilinin ilk günündə - Xınaxlı kənd ümumi orta, Əmirmahmud, Binələr, Bulaqotağı və Malay kənd ibtidai məktəbləri üçün quraşdırılan modul tipli yeni məktəb binaları şagird və müəllimlərin ixtiyarına veriləcəkdir.
Hazırda “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Yenicə kəndində 440 şagird yerlik yeni məktəbin tikintisinə başlanılmışdır.
Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini İdris İsayev çıxışında zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan Respublikasında insan kapitalının daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini qeyd etmişdir.
Natiq daha sonra çıxış edərək qeyd etmişdir ki, ölkə prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları, yeni korpuslar tikilib istifadəyə verilməklə yanaşı, əsaslı şəkildə yenidən qurulmaqdadır. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir.
Çıxış edən digər natiqlər Nizami adına 2 saylı  şəhər  tam orta məktəbində yaradılan təhsil şəraitinə görə dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edərək, dövlətin təhsil işçilərinə və şagirdlərə göstərdiyi diqqət və qayğıya adekvat olaraq təhsil uğurları ilə cavab verəcəklərini diqqətə çatdırmışlar.
Sonda əsaslı təmirdən sonra məktəbin sinif otaqları və fənn kabinetlərinə baxış keçirildi.

Keçidlər