Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Optimal Yay Festivalı” çərçivəsində konsert keçirildi.

09 sentyabr 2019 | 11:00

Ağdaşda “Optimal Yay Festivalı” çərçivəsində konsert keçirildi.

8 sentyabr 2019-cu il tarixdə saat 19:00-dan başlayaraq Heydər parkında 3 mindən artıq Ağdaş sakininin iştirak etdiyi möhtəşəm konsert proqramının açılış nitqində bəstəkar, müğənni və aparıcı Murad Arif Ağdaş rayonunun inkişafı istiqamətində görülən işlər və yaradılan infrastrukturu yüksək qiymətləndirərək, konsertin təşkilatçılığında xüsusi dəstək göstərən rayon İcra Hakimiyyətinə Optimal şirkəti adından təşəkkürünü bildirdi.
Konsert proqramında ifaçılardan Qurd, Ramil Nabran, Rəvan Qarayev, Mənzurə Musayeva, Fərid Qaragöz və başqaları yeni mahnılarıyla pərəstişkarlarını sevindirdilər.
Sakinlərə Optimal Elektronika MMC-nin reklam xarakterli jurnalları paylanıldı.
Tədbir “Xəzər Media Mərkəzi” tərəfindən lentə alınmaqla, Xəzər televiziyasında nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər