Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbələr arasında intellekt olimpiadası başa çatdı.

18 iyun 2019 | 11:00

Tələbələr arasında intellekt olimpiadası başa çatdı.

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasında intellekt olimpiadası" layihəsinin mükaftalandırma mərasimi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş olimpiada Nizami Kino Mərkəzində təşkil olunub.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ulu öndərin gənclərə verdiyi diqqətdən bəhs edib.
Daha sonra layihənin icraçı direktoru Xəyal İbrahimzadə danışıb. Qeyd olunub ki, ümumilikdə, layihəyə 23 universitetdən 10 254 nəfər qatılıb, bunlardan 450 nəfəri finala vəsiqə qazanıb.
Layihədə birinci yeri Xəzər Universitetinin I kurs tələbəsi Tamerlan Abdullayev tutub. Qalib "Baku Elektroniks"dən Notebook, "İrşad Telekom"dan Honor 10 lite smartfonu, "Şərq-Qərb" nəşriyyat evindən kitablar, Nizami Kino Mərkəzindən kinoya bilet, LEAD Educationdan Platinium kuponunu qazanıb.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qalibin mükafatlarını təqdim edib. Ağdaş rayonundan olan bu gəncə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi hədiyyə də təqdim olunub.
Qeyd edək ki, Tamerlan Abdullayev Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbini 2018-ci ildə bitirmiş, ali məktəblərə qəbul imtahanlarında 690 bal  nəticə göstərmişdir.

Keçidlər