Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Son zəng” tədbirləri keçirildi.

14 iyun 2019 | 11:00

Ağdaşda “Son zəng” tədbirləri keçirildi.

14 iyun 2019-cu il tarixdə rayonunun 41 ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin iştirakı ilə ənənəvi son zəng tədbirləri keçirildi.
Rayonun təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, vaildeynlər, pedaqoji kollektivlərin üzvləri  onbirinciləri təbrik edərək onlara  öz arzu və istəklərini bildirmiş, müstəqil həyatın astanasında olan gənclərə Vətənə layiqli övladlar olmağı tövsiyə etmiş,  qarşıdan gələn buraxılış imtahanları, elm, təhsil sınaqları və  müstəqil həyat  yollarında davamlı uğurlara nail olmağı arzulamışlar.
Tədbirlərdə çıxış edənlər qeyd etmişlər ki, ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının birinci vitse prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə təhsil sahəsində həyata keçirilən  islahat və tədbirlər təhsilin müasir infrastrukturunun yaradılması, tədris-maddi bazanın möhkəmləndirilməsinə ciddi təsir göstərmişdir.
Qeyd  olunan istiqamətlərdə  əldə edilən uğurlar  son nəticədə təhsilin keyfiyyət göstəricilərinin daha da  yaxşılaşmasına  müsbət zəmin yaratmışdır.
Məktəblərin daxilində keçirilən tədbirlərdə məzunların ifasında bədii proqramlar  nümayiş etdirilmiş, xatirə şəkilləri çəkdirilmiş, birinci sinif şagirdləri məzunları təbrik etmiş, rəmzi son zəng  çalınmışdır.
Qeyd edək ki, 2018/2019-cu dərs ilində rayonunun 68 ümumtəhsil  məktəbi üzrə ümumi təhsilə cəlb olunan 1189 nəfəri ümumi orta  təhsil pilləsini,  828 nəfər şagirdin tam orta təhsil pilləsində təhsilini başa vuracağı gözlənilir.

Keçidlər