Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Nəsimi ili”nə həsr olunmuş məktəblilərin bilik sərgisi keçirildi

03 iyun 2019 | 11:00

Ağdaşda “Nəsimi  ili”nə həsr olunmuş məktəblilərin bilik sərgisi keçirildi.

Tədbirə 3 iyun 2019-cu il tarixdə saat 9:00-dan başlayaraq rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda start verildi.
Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən, 68 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar  təhsil müəssisəsi kollektivlərinin qatıldığı bilik sərgisində 19 bölmə üzrə 1500 nəfərə yaxın şagirdin “Nəsimi İli” ilə bağlı sərgiləri nümayiş etdirilirdi.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin birinci müavini İsmayıl Yusifzadə və rayon ictimaiyyətinin nümayəndələri böyük şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələri əks etdirən sərgiyə tamaşa etmiş, sərgilərin bələdçiləri Nəsiminin həyat və yaradıcılığı, keçdiyi dərin və mürəkkəb həyat yolundan, mübarizəsindən ətraflı məlumat vermişlər.
Tədbir boyunca Nəsiminin sözlərinə yazılmış mahnılar və şeirlər səsləndirilmiş, həyat və yaradıcılığına həsr olunmuş kompozisiyalar nümayiş etdirilmişdir.

Keçidlər