Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1941-1945-ci illər müharibəsində Qələbənin 74-cü ildönümü qeyd olundu.

09 may 2019 | 11:00

9 may 2019-cu il tarixdə  rayonda 1941-1945-ci illər İkinci Dünya Müharibəsində Qələbənin 74-cü ildönümü keçirildi.
Tədbirdə rayon  İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, arxa cəbhə veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları tərəfindən Şəhidlər  abidə-kompleksində İkinci Dünya Müharibəsində həlak olan ağdaşlıların şərəfinə ucaldılan abidə ziyarət edildi, abidənin önündə  xatirə şəkli çəkdirildi.
Tədbirdən sonra iştirakçıların bir qrupu uzun müddət xəstəlikdən əziyyət çəkən müharibə veteranı İslam Həsənovu evində ziyarət edərək, Qələbənin 74-cü ildönümü münasibətilə onu təbrik etmişlər. Müharibə veteranına rayon rəhbərliyinin hədiyyəsi təqdim edilmişdir.
 

Keçidlər