Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeniyetmə və Gənclərin XIV Ümumrayon Spartakiadasının açılış mərasimi keçirildi.

01 may 2019 | 11:00

30 aprel 2019-cu il tarixdə Ağdaş Olimpiya İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yeniyetmə və Gənclərin XIV Ümumrayon Spartakiadasının açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov qeyd etdi ki, Spartakiadanın proqramına daxil olan yarışların  idmanın 10 növü üzrə 30 aprel - 6 may tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Yarışlarda 1000 nəfərdən artıq idmançı yeniyetmə və gənc öz qüvvələrini sınayacaqdır.
Komandaların kapitanları dövlət himninin sədaları altında yarışların rəsmi açılışını bildirən dövlət bayrağını qaldırdılar.
Tədbirdə iştirak edənlər çıxış edərək ulu öndərin 96-cı ildönümünə həsr olunmuş ənənəvi spartakiadanın keçirilməsinin rayonda idmanın kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını, ölkə prezidenti cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına  göstərdiyi qayğının müsbət nəticələr verdiyini, bu tədbirlərin yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etməklə, bütün idman növləri üzrə təmsil olunan idmançılara yarışlarda uğurlar arzuladılar.
Rayonun idman qurğularında Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar davam edir.

Keçidlər