Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə vətəndaşlarının sayının 10 milyona çatması Ağdaşda tədbirlərlə qeyd edildi.

07 aprel 2019 | 11:00

Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması Ağdaşda silsilə tədbirlərlə qeyd edildi.
Bakıda məcburi köçkün ailəsində dünyaya göz açan sayca 10 milyonuncu körpənin şərəfinə rayon mərkəzində bir sıra tədbirlər həyata keçirildi.
Bu münasibətlə şəhər parkı, Heydər Əliyev prospekti və şəhərdaxili yolların ətrafında ağac tingləri əkilməklə, yaşıllaşdırma işləri aparıldı.
      Həmin gün ərzində Heydər parkında 10 milyonuncu ölkə sakininin dünyaya gəlməsi münasibətilə geniş konsert proqramı təşkil olundu. Tədbirdə şəhərimizin və respublikanın bir sıra regionlarının yaradıcı kollektivləri iştirak etdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhərin qonaqları, ictimaiyyətin nümayəndələri iştirak edirdi.

Keçidlər