Şriftin ölçüsü :

Saytın rəngi :

Barama istehsalı ilə məşğul olmaq istəyənlərin nəzərinə!

01 aprel 2019 | 11:00

Respublikamızda qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların 2019-cu ildə də icrasının davam etdirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
2019-cu ildə rayonda barama istehsalı ilə məşğul olmaq istəyən kümçülər əvvəlcədən Ağdaş Rayon İcra Hakimiyyətinə və yaxud Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərək qeydiyyata dura bilərlər.

Keçidlər