Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda rayonunda “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda tədbir keçirildi

25 dekabr 2018 | 11:00

 25 dekabr 2018-ci ildə Heydər Əliyev Mərkəzində “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda tədbir keçirildi.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşları “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda mühazirələr təqdim etdilər. Müzakirələr və fikir mübadiləsi aparıldı.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvləri Şahin İsmayılov və Raqib Allahverdiyev iştirak edirdi.

 

Keçidlər