Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonu Orta Ləki kəndinə təbii qaz verilişinin rəsmi açılış mərasimi keçirilmişdir

25 dekabr 2018 | 11:00

Son illərdə respublika əhalisinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmişdir.
2018-ci ildə Ağdaş rayonunda bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması işlərinə başlanılmışdır. Rayonun Aşağı Nemətabad kəndindən sonra Orta Ləki kəndinin də qazlaşdırılması işləri başa çatdırılmış, 403 abonentə təbii qaz xətti çəkilmişdir.
Bu münasibətlə 2018-ci il 25 dekabr tarixdə Orta Ləki kəndində qaz xəttinin rəsmi açılış mərasimi keçirilmişdir. Kənd sakinlərinin iştirakı ilə keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov, Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək ölkəmizdə, eləcə də Ağdaş rayonunda həyata keçirilən layihələr və əhalinin təbii qaza olan tələbatının ödənilməsi sahəsində görülmüş işlər barədə məlumat verərək, dövlətimizin xüsusi qayğısı nəticəsində kənd sakinlərini mavi yanacaqla təmin olunmaları münasibətilə təbrik etmişlər.
Kənd sakinləri onlara göstərilən bu diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə, Azəriqaz İstehsalat Birliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər