Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda pambıq yığımına başlanılmışdır

04 oktyabr 2018 | 11:00

Rayonda 2018-cı ilin məhsulu üçün  3185  hektar sahədə pambıq əkilmişdir. Bu göstərici ötən illə müayisədə 185 hektar  artıqdır. Məhsulun becərilməsinə 1500 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub ki, bu da əhalinin məşğulluğu baxımından olduqca böyük rəqəmdir. Məhsuldarlığın yüksək olması üçün səriştəli və təcrübəli aqronom və mühəndis  kadrlar  cəlb edilmişdir.
Digər kənd  təsərrüfatı  sahələrində olduğu kimi bu sahəyə də dövlət qayğısını hiss edən fermerlər ildən ilə pambıq əkinin genişləndirilməsi yollarını axtarır.
Hazırda sahələrdə pambıq yığımına başlanılmışdır. Yığım texnika və əl əməyindən istifadə edilməklə həyata keçirilir. Yığıma 6  ədəd  pambıqyığan maşın cəlb edilmişdir. Maşın mexanizmlərdən  və əl əməyindən  istifadə olunmaqla bu günə kimi  sahələrdən 960,9     ton məhsul  toplanılmışdır.
Yığım  davam etdirilir.

Keçidlər