Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətində pambıq əkən şirkətlərin və fermerlərin iştirakı ilə pambıqçılığın inkişafına dair müşavirə keçirilmişdir

24 avqust 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2018-ci 26 mart tarixdə Bərdə rayonunda “pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrası ilə bağlı 2018-ci il 24 avqust tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açaraq möhtərəm Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən rayonda pambıqçılığın inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Müşavirədə Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsinin üstünlükləri barədə məlumat vermişdir.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili barədə müşavirə iştirakçılarını məlumatlandırmışdır.
Sonra pambığa dərman preparatlarının vurulması və aqrotexniki qulluq edilməsi barədə Dövlət Fitosanitar Xidmət İdarəsinin rəis müavini Yaqub Cəfərov, texnika və gübrə ilə təminatın vəziyyəti barədə “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov məlumat vermişdir.
Müzakirələr pambıq əkən şirkətlər olan “P-aqro” MMC və “MKT İK” MMC-nin nümayəndələrinin və fermerlərin qarşılıqlı fikir mübadiləsi ilə keçirilmiş, pambıq tarlalarına yerində baxış keçirilməsi ilə yekunlaşdırılmışdır.

Keçidlər