Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi.

25 iyun 2018 | 11:00

25 iyun 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi.
Rayon ictimaiyyəti, ictimai birliklərin nümayəndələri, Qarabağ müharibəsi veteranları, tam orta məktəblərin gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə rəhbərləri, gənclər və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin şəxsi heyəti xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin  abidəsi önünə  gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Məruzə və çıxışlarda Azərbaycan Respublikası dövlət müstəqilliyinə qovuşduqdan dövlət  quruculuğu ilə yanaşı, ordu quruculuğu sahəsində böyük işlərin görüldüyü qeyd olundu.
Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı ilin aprel döyüşləri və Naxçıvanda Günnut kəndi ətrafında Milli Ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları bunun əyani sübutudur. 
Çıxışlarda qeyd olundu ki, Azərbaycanın bütün strateji əhəmiyyətli fəaliyyət sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Keçidlər