Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçirildi

25 may 2018 | 11:00

Ağdaşda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçirildi

25 may 2018-ci il tarixdə Habil Əliyev adına şəhər 1 nömrəli uşaq Musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rayon tədbiri  keçirildi.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə qeyd etdi ki, dövlət başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir dönüş mərhələsinin əsasını qoymuşdur. Demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynamışdır.
Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə və rayonun ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirakına görə fərqlənənlərin bir qrupu rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə mükafatlandırıldı.
Tədbir Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə başa çatdı.
 

Keçidlər