Şriftin ölçüsü :

Saytın rəngi :

Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun tikintisi işləri yekunlaşmaq üzrədir

18 may 2018 | 11:00

Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun tikintisi işləri yekunlaşmaq üzrədir.

Son illər rayonlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosial yönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Respublikada kənd yollarının asfaltlaşdırılmasının geniş vüsət alması nəticəsində bu layihə Ağdaş rayonundan da yan ötməmişdir. Belə ki,  rayonun 10 yaşayış məntəqəsini birləşdirən 12 min nəfər əhalinin yaşadığı 33 km-lik Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı marşurutu üzrə avtomobil yolunun  yenidən qurulmasına başlanılmış, yolun yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

Keçidlər