Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1941-1945-ci illər müharibəsində Qələbənin 73-cü ildönümü qeyd olundu.

10 may 2018 | 11:00

Ağdaşda 1941-1945-ci illər müharibəsində Qələbənin 73-cü ildönümü qeyd olundu.

9 may 2018-ci il tarixdə  rayonda 1941-1945-ci illər İkinci Dünya Müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə rayon  icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, arxa cəbhə veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə Şəhidlər  abidə-kompleksində İkinci Dünya Müharibəsində həlak olan ağdaşlıların şərəfinə ucaldılan abidə ziyarət edildi, abidənin önündə  xatirə şəkli çəkdirildi, sonra isə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun nurlu xatirəsinə ehtiram əlaməti olaraq  tər güllər düzdülər.
Qələbə bayramına həsr olunan tədbir Heydər Əliyev Mərkəzində təşkil edilən çay  süfrəsi arxasında davam etdirildi.
Çıxış edən natiqlər 1941-1945-ci illər müharibəsində əldə edilən tarixi  Qələbədə ön və arxa cəbhədə  fədakarlıqla vuruşan  ağdaşlılar barədə  geniş məlumat verdi, müharibənin  davam etdiyi 5 ilə yaxın dövr ərzində 9 mindən artıq  ağdaşlının cəbhəyə səfərbər  olduğu,  yola salınanların 4 min nəfərinin həlak olduğu və yaralanaraq  şikəst  və əlilliyə məruz qaldığını diqqətə çatdırdılar.
Qeyd olundu ki, müharibənin tarixi qələbə ilə sona çatmasına  ağdaşlılar da  öz layiqli töhfələrini bəxş etmiş, 2 nəfər  ağdaşlı-Fariz Səfərov və Səməd Abdullayev Sovet İttifaqı Qəhrəmanı kimi  yüksək fəxri ada layiq görülmüş, ön və arxa cəbhələrdə nümayiş etdirdikləri döyüş şücaəti və fədakarlıqlarına görə yüzlərlə rayon sakininin orden və medallarla təltif edildiyi diqqətə çatdırıldı.
Tədbir rayonun mədəniyyət kollektivlərinin  ifasında  rəngarəng konsert proqramı ilə sona çatdı.

Keçidlər