Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş məktəbliləri ulu öndər Heydər Əliyevi yad etdilər

09 may 2018 | 11:00

Ağdaş məktəbliləri ulu öndər Heydər Əliyevi yad etdilər.

7 may 2018-ci il tarixdə rayon Təhsil şöbəsi ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində tədbir keçirildi.
Tədbirdə məktəblilərin böyük xor kollektivinin ifasında dövlət himni səsləndirildi. Rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətləri barədə geniş məlumat verdi, onun çoxşaxəli fəaliyyətinin müstəqilliyimizin daha da möhkəmlənməsi və təhsil sisteminin inkişafına  mühüm zəmin yaratdığını iştirakçıların diqqətinə çatdırdı.
Rayon Təhsil şöbəsinin rəhbərliyi tərəfindən ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş təqdimat, olimpiada, inşa müsabiqəsi və digər tədbirlərdə fərqlənənlərin bir qrupu fəxri fərmanlarla mükafatlandırıldı.
Tədbir boyunca  məktəblilərin  ifasında  görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunan şeir nümunələri, hərbi-vətənpərvərlik mövzusunda kompozisiya təqdim olundu.
Tədbir rayonun mədəniyyət kollektivləri və məktəblilərin ifasında konsert proqramı ilə başa çatdı.

Keçidlər