Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda kitab bayramı keçirildi.

05 may 2018 | 11:00

Ağdaşda kitab bayramı keçirildi.

4 may  2018-ci il tarixdə Heydər parkının görməli yerində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən, Ağdaşda ənənəvi olaraq hər il təşkil olunan  sayca 10-cu kitab bayramı keçirildi.
Tədbirdə Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Kitab bayramında 2 mindən artıq kitab, dövlətimizin ictimai-siyasi həyatına həsr olunan fotostendlər nümayiş etdirilirdi.
Ulu öndərin ildönümünə həsr olunan kitab sərgisində xalqımızın ümummilli lideri  Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan kitablar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdaş rayonuna tarixi səfərlərini əks etdirən foto-stendlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, eyni zamanda dünya ədəbiyyatının inciləri seriyasından sərgilənən kitabların nümayişi ictimaiyyətin geniş marağına səbəb olmuşdur.
Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Tahir Əliyev və çıxış edən digər natiqlər kitab mədəniyyətinin formalaşması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına mühüm töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də həyatımızda və mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi  olduğunu diqqətə çatdırdılar.
Kitab bayramında iştirakçılara məktəblilərin ifasında  maraqlı kompozisiya təqdim edildi.
İl ərzində fərqlənən mədəniyyət işçiləri və fəal oxucuların bir qrupuna diplomlar təqdim edildi.

Keçidlər