Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 31 Mart-Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

02 aprel 2018 | 11:00

2018-ci ilin mart ayı ərzində Ağdaş rayonunun inzibati ərazi nümayəndəlikləri, əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər keçirilmiş,  kitab və rəsm sərgiləri təşkil olunmuşdur.
Mart ayının 31-də rayonun bütün təhsil müəssisələrində ilk dərslər Azərbaycanlıların soyqırımı gününə həsr olunmuşdur.
Rayonda 31 Mart- Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 31 mart 2018-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Şəhidlər” kompleksində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Tədbir Heydər  Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilmişdir.
Tədbirdən öncə 1918-ci ilin mart ayında soyqırım tarixinə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.
Dəyirmi masa ətrafında dinlənilən məruzə və çıxışlarda çar Rusiyasının süqutundan sonra bolşevik-daşnak dəstələri tərəfindən Bakı şəhəri və Azərbaycanın  digər  rayonlarında etnik təmizləmə əməliyyatlarının həyata keçirildiyi, bu əməliyyatlar nəticəsində minlərlə dinc insanların qətlə yetirildiyi qeyd edilmişdir.  Sovet dönəmində soyqırım hadisələri uzun illər unutdurulmaqla ört-basdır  edilsə də, dövlət müstəqilliyinin bərpasından sonra  xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 fevral tarixli Fərmanı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı günü” kimi qeyd olunmağa başlandığı diqqətə çatdırılmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  Ermənistanın Azərbaycana  qarşı  apardığı siyasətin, xalqımıza qarşı törədilən soyqırımı həqiqətlərinin real faktlar  və dəlillər əsasında  bütün dünyaya çatdırılması, xalqımız haqqında yanlış təsəvvürləri tamamilə dəyişməsi barədə geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər