Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Ağdaş məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarına yola salındı.

15 mart 2018 | 11:00

15 mart 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın Ağdaş rayonundan olan iştirakçıları, ümumi təhsil müəssisələrinin  IX-XI sinif şagirdləri, onları səfər zamanı müşayiət edən müəllim, tibb işçisi və bələdçilik edən digər şəxslərin iştirakı ilə respublikanın cənub bölgəsinə yolasalma mərasimi keçirildi.
Xüsusi geyimlərlə təchiz edilmiş tur-aksiya iştirakçıları tərəfindən xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anıldı.
Tədbirdə  bildirildi ki, bu maarifləndirici tur-aksiyalar təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlərin müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı əldə edəcəyi qeyd edildi.
Rayon ictimaiyyətinin nümayəndələri məktəblilərə bu imkanı yaradan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi..
Sonda  məktəblilər dövlət yol polisi əməkdaşlarının müşayiəti ilə xüsusi avtobusla cənub bölgəsinə yola salındı.

 

Keçidlər