Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı faciəsinin 26-cı ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur.

26 fevral 2018 | 11:00

 Xocalı faciəsinin ildönümü ilə bağlı rayonun inzibati ərazi nümayəndəlikləri, əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında anım mərasimləri,  idman yarışları, kitab və rəsm sərgiləri təşkil olunmuşdur.
Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur.
Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 26 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2018-ci il tarixdə  Heydər  Əliyev Mərkəzində  rayon ictimaiyyəti nümayəndələri və  rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirilmişdir. Tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgiyə  baxış keçirilmişdir.
Tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.     Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi toplantıda məruzə  və çıxışlarda Xocalı  qətliamı ürək ağrısı ilə bir daha xatırlanmış, dünyanın əksər dövlətləri tərəfindən faciəni törədən baiskarlara qarşı münasibətdə ikili standartların tətbiq olunduğu qeyd  edilmiş, insanlığa sığışmayan bu  soyqırım aktına hələ də beynəlxalq miqyasda düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət  cəzasız qaldığına görə etirazlar bildirilmiş, erməni vəhşiliyi və qəddarlığı pislənilmişdir.
Tədbirin yekununda Xocalı faciəsinə həsr olunmuş filmlər nümayiş etdirilmişdir.
26 fevral 2018-ci il tarixdə rayonun bütün ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirilmiş, saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.


 

Keçidlər