Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirildi

29 dekabr 2017 | 11:00

Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonun idarə, müəssisə və təşkilatlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə silsilə tədbirlər keçirilmiş, idman yarışları təşkil edilmişdir. Yeni ilin gəlişi ilə əlaqədar şəhərin müxtəlif ərazilərində quraşdırılmış  Yeni il yolkaları  ətrafında uşaq və yeniyetmələrin iştirakı ilə tədbirlər təşkil olunmuş, rayon Mədəniyyət mərkəzinin musiqi kollektivləri sakinlər qarşısında rəngarəng proqramlarla çıxış etmişdir.
29 dekabr 2017-ci il tarixdə bayramsayağı bəzədilmiş Heydər Əliyev Mərkəzinin konfrans zalında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq siyasətinin həyata keçirilməsində mühüm uğurlar əldə edildiyini bildirdi.
Natiq daha sonra çıxış edərək qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.
Tədbir rayonun mədəniyyət kollektivlərinin mahnı çələngi, xalq rəqsləri, Şaxta baba və Qar qızın Yeni il təbriki ilə başa çatdı.
Təqdim olunan ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Keçidlər