Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda çəltik biçini başa çatmışdır.

07 noyabr 2017 | 11:00

2017 –ci ildə rayonda bitkiçilik  məhsullarından  olan  çəltik sahələrinin artırılması  və  onun genişləndirilməsi üçün müvafiq işlər aparılmışdır. Rayonun əkinə yararlı və müəyyən zonalarında şoranlaşmış torpaqlar mövcud olduğundan  həmin sahələrdən istifadə etməklə 2454 hektar sahədə çəltik əkilmişdir.   Əkilmiş sahələrdən 8245 ton məhsul əldə olunmuşdur ki, bu da hər   hektardan 33,6 sentner təşkil etmişdir. Əkinə az yararlı torpaq  sahələrin yararlı əkin sahələrinə   çevrilməsi üçün çəltik əkininin böyük əhəmiyyəti vardır.  Uzun illərin təsərrüfatçılıq təcrübəsi göstərmişdir ki,  çəltik   əkinindən  sonra  növbəli  əkin yaxşı nəticə vermişdir. Bu səbəbdən rayonun şoranlaşmış  torpaqlarında  çəltik əkilmiş və  həmin  sahələrdən  yüksək  məhsul  əldə  edilmişdir. Eyni   zamanda çəltik  dənli  bitkilərdən  tez  yetişən  və  fermerlərə  səmərə  verən  məhsuldar bitkidir.
2018-ci ildə rayonda çəltik əkini sahələrini daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. 
Ağdaş rayonunda 2016-cı ildə 1311 hektar sahədə çəltik əkilmişdir.

Keçidlər